"Simurq"un qış planı məlum oldu
"Simurq" klubu qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda qardaş ölkəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq. Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelindən məskunlaşacaq Zaqatala təmsilçisinin burada dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin komandası ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.


Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri və tarix dəqiqləşəndən sonra əlavə məlumat veriləcək.

Xəbər 832 dəfə oxundu.