"Arsenal"da ciddi itki
İngiltərə Premyer Liqasının 18-ci turunda səfərdə "Vest Hem"i məğlub edən "Arsenal" klubu ciddi itki üzləşib.

Komandanın yarımmüdafiəçisi Aron Remzi zədələnərək sıradan çıxıb.

Oyundan sonra bu barədə "Arsenal"ın baş məşqçisi Arsen Venger məlumat verib. Onun sözlərinə görə, komandanın aparıcı yarımmüdafiəçisi bir neçə həftə oyuna çıxa bilməyəcək".

Qeyd edək ki, "Vest Hem" - "Arsenal" oyunu 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Xəbər 870 dəfə oxundu.