Mourinyo “Arsenal”la oynadıqları derbi matçına münasibət bildirib
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Arsenal”la oynadıqları derbi matçına (0-0) münasibət bildirib: "Mən düşünürəm ki, maraqsız oyun göstərən ev sahibi “Arsenal” idi. Ev sahibi qol vura bilmirsə, bu darıxdırıcıdır. Fikir verin, Çex bir top belə qaytarmayıb. Çünki, ona heç top gəlib çatmayıb”.

Xəbər 781 dəfə oxundu.