Droqba "Qalatasaray"dan ayrılmaq istəmir
"Qalatasaray" klubunun prezidenti Ünal Aysal futbolçusu Didye Droqba ilə görüşüb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergün açıqlamasında deyib.

Bildirib ki, fil dişi sahilli hücumçu görüş zamanı klub prezidentinə komandada qalmaq istədiyini söyləyib:

"Biz də onun ayrılmasını istəmirik. Mourinyonun dediyi kimi Droqba bir əfsanədir. "Çelsi" ilə matçda da o, bunu sübut edəcək".

Xəbər 812 dəfə oxundu.