Rumıniya mətbuatı Hafiz Məmmədovdan yazdı
Rumıniya mətbuatında “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla bağlı yazı yer alıb. Həmkarlarımız Fransa təmsilçisi “Lans”ın səhmlərinin bir hissəsinə sahib çıxan azərbaycanlı iş adamının böyük planları olduğunu vurğulayıblar.

Yazıda Məmmədovun əsas hədəfinin “Lans”ı Çempionlar Liqasına çıxarmaq olduğu qeyd edilib: “Azərbaycanlı iş adamının Avropa futbolunda geniş əlaqələri var. “Azerbaijan Land of Fire” “Köhnə qitə”də məşhurlaşıb. O, Madrid “Atletiko”su və “Portu” ilə əməkdaşlıq edir. 1998-ci ildə “Lans” klubunun prezidenti Jerve Martellə münasibətlərinə gəlincə, Məmmədov kluba 20 milyon avro sərmayə yatırıb. Əsas hədəf komandanın yenidən Liqa 1-ə qaytarmaqdır. Növbəti məqsəd isə “Lans”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasıdır”.

Xəbər 882 dəfə oxundu.