"Qəbələ" "Konyaspor"la qarşılaşacaq
Qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək “Qəbələ” hazırlıq oyunu çərçivəsində "Konyaspor"la qarşılaşacaq.

Bu barədə Konya təmsilçisinin meneceri Seyit İçgül açıqlamasında deyib:

"Yanvarın 17-ə qədər Antalyada təlim-məşq toplanışı keçəcəyik. 4 və ya 5 hazırlıq matçı oynamağı düşünürük. Bunlardan ikisinin vaxtı dəqiq məlumdur. Yanvarın 10-u "Erciyesspor", yanvarın 16-ı isə "Qəbələ" ilə qarşılaşacağıq".

Xəbər 785 dəfə oxundu.