"Rubin"in futbolçusu "Qalatasaray"ın hədəfində
"Rubin" (Kazan) klubunun futbolçusu Bibras Natxo Türkiyə klubundan təklif alıb.

"Qalatasaray" klubu israilli futbolçunu transfer etməyi planlaşdırır.

25 yaşlı futbolçunun "Rubin"lə yeni müqavilə imzalamaması və komandanı tərk etmək istəməsi İstanbul təmsilçisini hərəkətə keçirib. "Cim Bom"un gələn ay Natxoya rəsmi təklif göndərəcəyi bildirilir. İsrail millisinin üzvünün hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Natxo Premyer Liqada bu mövsüm keçirdiyi 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 840 dəfə oxundu.