Kərim Benzemaya İtaliyadan təklif var
"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzemaya daha bir komanda "elçi" düşüb.

İtaliyanın "İnter" klubu fransız futbolçunun xidmətində maraqlıdır.

"Real"da qol vurmaqda çətinlik çəkən gələn ay komandasını dəyişəcəyi bildirilir. "İnter" rəhbərliyi yaxın vaxtda futbolçu ilə danışıqlara başlamaq niyyətindədir. Lakin Benzema ilə "Arsenal"ın da maraqlanması Milan təmsilçisinin işini çətinə salıb.

Qeyd edək ki, 2009-cu ildən "Real"da çıxış edən Benzema keçirdiyi 140 oyunda 63 qola imza atıb.

Xəbər 778 dəfə oxundu.