London Olimpiadasına 20-ci lisenziyamızı Elvin Məmişzadə qazandı
Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir.
Çempionatda 52 kq-da mübarizə aparan Azərbaycan boksçusu Elvin Məmişzadə 1/8 finalda Monqolustan idmançısı Tuqstsoqt Nyambayar ilə görüşüb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 17:14 hesabı ilə Elvinin xeyrinə başa çatıb. İdmançımız dörddəbir final mərhələsinə yüksəlməklə yanaşı, London Yay Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Xəbər 2354 dəfə oxundu.