Ronaldo: "Braziliya dünya çempionatının əsas favoritidir"
Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkəsinin yığmasının növbəti dünya çempionatındakı şanslarını dəyərləndirib.

Ronaldo Braziliya millisinin mundialın əsas favoriti olduğunu açıqlayıb:

"Şəxsən mənim üçün Braziliya millisi dünya çempionatının əsas favoritidir. Komanda bütün oyunlarını doğma azarkeşləri qarşısında keçirəcək. Azarkeş dəstəyinin müsbət nəticəsini Konfederasiyalar kubokunda gördük. Bununla belə, dünya çempionatı riyaziyyat deyil. Daha yaxşı oynamalı və qələbə qazanmalısan".

Qeyd edək ki, Braziliya millisi A qrupunda Xorvatiya, Meksika və Kamerunla mübarizə aparacaq.

Xəbər 975 dəfə oxundu.