Şevçenko: "Milan"a məşqçi kimi qayıda bilərəm"
"Milan" klubunun sabiq hücumçusu Andrey Şevçenko keçmiş komandası haqda xoş sözlər deyib.

Ukraynalı sabiq futbolçu "Milan"ın hər zaman onun qəlbində olacağını deyib.

"Milan" hər zaman mənim qəlbimdə qalacaq. Bu komandaya və onun azarkeşlərinə minnətdaram. "Milan"a baş məşqçi kimi qayıda bilərəm? Həyatın sənə nə hazırladığını deyə bilməzsən. Hər şey ola bilər".

Qeyd edək ki, Şevçenko 1999-2006 və 2008-2009-cu illərdə "Milan"ın şərəfini qoruyub.

Xəbər 839 dəfə oxundu.