"Real" "Çelsi"nin təklifini rədd etdi
İspaniyanın "Real" (Madrid) klubu "Çelsi"nin təklifini rədd edib.

London klubu "Real"ın qapıçıcısı Dieqo Lopezin transferi üçün təklif göndərmişdi. Amma Madrid təmsilçisi ispan qolkiperlə yolları ayırmaq istəmədəyi üçün təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, D.Lopezi "Real"a klubun keçmiş çalışdırıcısı olan və hazırda "Çelsi"ni çalışdıran Joze Mourinyo transfer etmişdi.

Xəbər 902 dəfə oxundu.