Auqusto Sezar yeni seçkilərdə namizədliyini irəli sürməyəcək
Deportivonun prezidenti Auqusto Sezar Lendyro yeni seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

İdman.com.az saytının məlumatına görə, 68 yaşlı ispanlı məşqçi Qalisiya klubunda 25 illik fəaliyyətini başa vurur. O, bunu artıq azarkeşlərin dəyişiklik istədikləri ilə izah edib.

Xatırladaq ki, Lendoyronun prezidentliyi dövründə Deportivo İspaniyada çempionluq, 2 kubok və 3 superkubok qazanıb.

Xəbər 896 dəfə oxundu.