Yaya Ture: "Barselona" bizdən qorxur"
"Mançester Siti"nin futbolçusu Yaya Ture Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya rəqib olmalarını dəyərləndirib.

"Sky Sport"a iddialı açıqlama verən fildişi sahilli yarımmüdafiəçi "Barselona"nın onlardan çəkinməli olduğunu bildirib:

"Avropanın ən yaxşı klublarından biri olmuşuq. Məncə, "Barselona" biraz bizdən qorxmağa başlayıb. Xüsusilə Premyer Liqada qazandığımız nəticələr yəqin ki, rəqibimizi narahat edir. Fantastik oyun göstəririk və çoxlu qollara imza atırıq. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq sona qədər özümüzə güvənəcəyik".

Qeyd edək ki, "Mançester Siti" "Barselona" ilə fevralın 18-də qarşılaşacaq.

Xəbər 775 dəfə oxundu.