Ölkəmizin ən güclü bahadırları kimlər oldu?
“Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışın təntənəli açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə idmana, xüsusən güləş idman növünə dövlət qayğısından bəhs edib, dövlət başçısı cənab İlham Əliyevin idmançıların məşq şəraiti ilə yanaşı, ailə-məişət problemlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Güləşçilərimizin beynəlxalq arenalardakı nailiyyətlərindən söz açan natiqlər, ədalətli mübarizə şəraitində keçirilən Azərbaycan çempionatının iştirakçılarına uğurlar arzulayıblar.
Sonra baş katib Əjdər Cəfərov AGF rəhbərliyi adından yarışları açıq elan edib. Dövlət himninin səslənməsi ilə açılış mərasiminin rəsmi hissəsi başa çatıb.

İlk gündə mübarizəyə yunan-Roma güləşçiləri başlayıblar. Bu növdə 76 pəhləvan çempionluq uğrunda rəqabət aparıb. “Sərbəstlər”də isə 109 bahadır qüvvəsini sınayıb. 3 gün davam etmiş gərgin və maraqlı tutaşmalarda qalib və mükafatçılar adını bu pəhləvanlar qazanıblar.

Yunan-Roma güləşi:

55 kq
1. Orxan Əhmədov - Lokomotiv
2. Murad Bazarov - Neftçi İSM
3. Murad Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Eldəniz Əzizli - Neftçi İSM

60 kq
1. Taleh Məmmədov - Neftçi İSM
2. Elman Muxtarov - Neftçi İSM
3. Rövşən Tağıyev - Neftçi İSM
3. Elçin Əliyev - Sumqayıt, Neftçi İSM

66 kq
1. Həsən Əliyev - Neftçi İSM
2. Azad Əliyev - Neftçi İSM
3. Cavid Əsədov - MOİK
3. Kamran Məmmədov - DİN İC

74 kq
1. Rüstəm Əliyev - DİN İC
2. Niyaməddin İbrahimov - Neftçi İSM
3. Hacımurad Bağmanov - Balakən, Neftçi İSM
3. Samran Nəsibov – Gömrük

84 kq
1. Mate Savadze - Atasport
2. Orxan Nuriyev - Neftçi İSM
3. Rafiq Hüseynov - DİN İC
3. Elvin Mürsəliyev - Neftçi İSM

96 kq
1. Araz Həsənov - Neftçi İSM
2. Şəhriyar Məmmədov - DİN İC
3. Məhəmməd Şabanov - Atasport
3. Adil Hüseynov - DİN İC

120 kq
1. Valera Rodriges - Atasport
2. Abbas Abdullayev - Atasport
3. Səbuhi Hümbətov - Pəhləvan
3. Qoşa Davitadze - Atasport

Sərbəst güləş:

55 kq
1. Namiq Sevdimov - DİN İC
2. Yaşar Əliyev - Abşeron, Neftçi İSM
3. Emin Hüseynov - Neftçi İSM
3. Aldar Aldarov - Atasport

60 kq
1. Hacı Əliyev - Neftçi İSM
2. Qalib Əliyev - Neftçi İSM
3. Ümüd Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Əhmədnəbi Qvarzatilov – Atasport

66 kq
1. Ruslan Dibirhacıyev - Atasport
2. Ağahüseyn Mustafayev - Neftçi İSM
3. Məhəmməd Müslümov - Atasport
3. Murad Süleymanov - Gəncə, Təhsil

74 kq
1. Əşrəf Əliyev - Neftçi İSM
2. Cəbrayıl Həsənov - Zenit İC
3. Hacımurad Ömərov - Atasport
3. Emin Əzizov - Neftçi İSM

84 kq
1. Həmzət Osmanov - Atasport
2. İbrahim Yusifov - Ağstafa, Göyəzən
3. Məhəmmməd Abdulxaliqov - Atasport
3. Məhəmmməd Xatiyev - Atasport

96 kq
1. Hetaq Qazyumov - Atasport
2. Roman Bəkirov - Abşeron, Neftçi İSM
3. Aslanbəy Alborov - Atasport
3. İlham Abidov - Neftçi İSM

120 kq
1. Camaləddin Məhəmmədov -Atasport
2. Aslan Cəbişov - Atasport
3. Sənan Bağırov - Gömrük
3. Əli İsayev - Atasport

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunublar.

Xəbər 6117 dəfə oxundu.