İlkay Gündoğan qayıdır
"Borussiya" (Dortmund) klubunun zədəli futbolçusu İlkay Gündoğanın nə zaman yaşıl meydanlara qayıdacağı məlum olub.

Cümə günü baş tutan komandanın son məşqində iştirak edən türk əsilli yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini deyib:

"Uzun zamandan sonra komandamla məşqlərə başladığım üçün xoşbəxtəm. Ümid edirəm ki, ikinci dövrəyə qədər tam hazır olacam".

Qeyd edək ki, Almaniya millisinin oyunçusu İ.Gündoğan avqustun 14-də Paraqvayla oynanılan matçda zədələnmişdi.

Xəbər 810 dəfə oxundu.