Del Boske: "Əsas məqsədimiz yenidən dünya çempionu olmaqdır"
İspaniya millisinin baş məşqçisi Visente Del Boske komandasının növbəti dünya çempionatındakı hədəfini açıqlayıb.

"Football Espana"ya danışan Del Boske komandasının yenidən çempionluq üçün oynayacağını bildirib:

"Bizim qarşıdakı dünya çempionatında əsas məqsədimiz ardıcıl ikinci dəfə dünya çempionu olmaqdır. Təbii ki, bu çətin tapşırıqdı. Ancaq biz istəyirik ki, İspaniyada hər kəs yığma ilə qürur duysun. Son 6 ildə İspaniya millisi FİFA reytinqinə başçılıq edir. Bizim ardıcıl Avropa və dünya çempionu olmağımız komandanın stabil çıxışının nəticəsidir".

Xəbər 811 dəfə oxundu.