Mustafa Dənizli: "Onun gəlişi ilə heç nə dəyişmədi"
"Xəzər Lənkəran"nın baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ın bumövsümkü çıxışını dəyərləndirib.

Dünən axşam "Lig TV"də bir proqrama qatılan təcrübəli mütəxəssis deyib ki, mövsümə yaxşı başlaya bilməyən İstanbul klubu Roberto Mançinin gəlişindən sonra da dəyişməyib:

"Rahat qələbə qazana bilmirlər. "Qalatasaray" əvvəlki vaxtlara nisbətən daha zəif təsir bağışlayır. Mançinin gəlişi ilə də komandada heç nə dəyişmədi. Ancaq yenə də komandanı daha yaxşı analiz etmək üçün ikinci dövrəni gözləmək lazımdır".

Xəbər 908 dəfə oxundu.