Xabi Alonso Avropa nəhənglərinin hədəfində
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

İspaniyalı futbolçu ilə "Mançester Siti" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Mançester təmsilçiləri ilə yanaşı, İtaliyanın "Yuventus" klubu da Alonsonu transfer etmək istəyir. Lakin müqaviləsi gələn ilin yayında başa çatacaq futbolçunun Madrid klubu ilə yeni sözləşmə imzalayacağı da istisna olunmur.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2004-2009-cu illərdə İngiltərədə "Liverpul"un şərəfini qoruyub.

Xəbər 837 dəfə oxundu.