Berti Foqts Almaniya mətbuatına müsahibə verib
Millimizin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. "Bild" qəzetinə danışan təcrübəli mütəxəssis əsasən bundesliqa klubu olan "Borussiya" (Münhenqladbax) haqda danışıb. İllərlə şərəfini qoruduğu komandasının bugünkü durumunu dəyərləndirən Foqts deyib ki, "Borussiya" dünyada tanınan ən yaxşı klublardan biridir.

O qeyd edib ki, karyerası ərzində hər zaman pul onun üçün ikinci dərəcəli olub: "Heç vaxt pula önəm verməmişəm. Futbolçu olduğum vaxtlarda həmişə 4-5 illik müqavilələr imzalamışam. Başqa oyunçunun daha çox maaş alması məni narahat etməyib”.

Xəbər 779 dəfə oxundu.