Qaines bir müddət sahələrdən uzaq qalacaq
Beşiktaş İnteqral Forex basketbol komandasının amerikalı oyunçusu Sundiata Qaines bir müdddət sahələrdən uzaq qalacaq.

İdman.com.az saytı xəbər verir ki, Royal Halı Qaziantep ilə oynadığı matçda zədələnən idmançının zədəsinin ciddi olduğu məlum olub.

Komandanın baş məşqçisi Əhməd Kandemir Qainesin zərbəsinin ciddi olması səbəbindən 3 həftə oyunlarda iştirak edə bilməyəciyini bildirilib.

Qeyd edək ki, bu müddət ərzində amerikalı basketbolçunu Perkins əvəzləyəcək.

Xəbər 1047 dəfə oxundu.