Pepe Mel Vest Bromviçə təyin ediləcək
Betisin keçmiş baş məşqçisi Pepe Melin yaxın günlərdə Vest Bromviçə təyin ediləcəyi gözlənilir.

İdman.com.az saytı The Telegraph saytına istinadən məlumat verir ki, Stiv Klarkın istefasından sonra bu posta əsas namizəd kimi məhz onun adı hallanır. 50 yaşlı mütəxəssisin artıq klubla danışıqlar apardığı da məlumdur.

Qeyd edək ki, yaxın günlərdə Vest Bromviçin yeni baş məşqçisinin adı ictimaiyyətə bəlli olacaq.

Xəbər 1161 dəfə oxundu.