Anadolu Efesə yeni baş məşqçi təyin olundu
Anadolu Efes ikinci Mahmud ilə artıq yollarını ayırıb.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, göy-ağlılar təcrübəli texniki ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Beko Basketbol Liqasının 12-ci həftəsində Anadolu Efesin Tofaş ilə oynayacağı qarşılaşmada göy-ağlıların başında köməkçi məşqçi Rəcəb Şen sahəyə çıxacaq.

Qeyd edək ki, Anadolu Efes razılaşmadan sonra komandanın başına keçəcək yunanlı məşqçi Vangelis Aggelou ilə 2.5 illik müqavilə imzalayıb. Vangelisin köməkçisi isə Tanasiz Qiplesdir.

Xəbər 1041 dəfə oxundu.