Çelsi komandası Lazar Markoviçin transferini reallaşdırdı
Londonun Çelsi komandası Benfika ilə forvard Lazar Markoviçin transferini reallaşdırıb.

Serbiya yığmasının 19 yaşlı futbolçusuna görə, 15 milyon avro ödəniləcək. Eyni zamanda o, qarşıdakı 2 mövsümü Benfikada qalacaq. Bu il Portuqaliya çempionatının 11 oyununda Markoviç 3 qol vurub və 1 ötürmə edib.

Xəbər 846 dəfə oxundu.