"Beşiktaş"ın sabiq futbolçusu "Porto" ilə anlaşdı
"Beşiktaş" klubunun sabiq hücumçusu Rikardo Quarejma karyerasını vətəni Portuqaliyada davam etdirəcək.

30 yaşlı futbolçunun "Porto" ilə anlaşdığı bildirilir.

Qətərin "Əl Əhli" klubundan ayrıldıqdan sonra komanda axtarışlarını davam etdirən Quarejmanın yaxın günlərdə Porto təmsilçisi ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. "Porto"nun prezidenti Paulo Foneska da portuqaliyalı futbolçunu transfer etmək istədiklərini təsdiqləyib.

Qeyd edək ki, Quarejmanın yeni ildən sonra "Porto"nun düşərgəsində olacağı iddia edilir.

Xəbər 900 dəfə oxundu.