Xəzər rayonunda yarış keçirilib
20-23 dekabr Xəzər rayon Gənclər və İdman idarəsi rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə XXVI Spartakiadanın Həndbol (oğlanlar və qızlar arasında) növü üzrə rayon final mərhələsi keçirilib.

237 saylı orta məktəbin idman bazasında keçirilən yarışın final mərhələsinda 5 məktəb, 70 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə oğlanlar arasında birinciyə 237, ikinciyə 26, üçüncüyə 181, qızlar arasında birinciyə 183, ikinciyə 237, üçüncü yerə 26 saylı orta məktəbin komandaları layiq görülüb.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman iarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təktif olunublar.

Xəbər 1158 dəfə oxundu.