Mourinyo: "Çelsi"də 12 il çalışmaq istəyirəm"
"Çelsi" klubunun çalışdırıcısı Joze Mourinyo gələcək karyerası haqda danışıb.

Təcrübəli mütəxəssis deyib ki, London klubu ilə müqaviləsi başa çatdıqdan sonra rəhbərliklə yenidən görüşəcək:

"Əgər hər ikimiz üçün yaxşı olsa, burada qalmağa davam edəcəm. Amma mən "Çelsi"də 12 il daha çalışmaq istəyirəm. 51 yaşım var. "Çelsi"də 12 il baş məşqçilik etdikdən sonra iki il də milli komandada çalışmaq istəyirəm. İlk növbədə isə Portuqaliya millisini seçərəm. İngiltərə isə çalışdırmaq istədiyim ikinci yığmadır"

Xəbər 877 dəfə oxundu.