Binəqədi rayonunda kiçik yaşlılar arasında futbol yarışı keçirilib
18-21 dekabr tarixlərdə Binəqədi rayon İcra Hakimiyyəti, Bakı Kəndlər Futbol Federasiyası və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq 3-4-cü sinif şagirdləri arasında “Mini futbol” yarışı keçirilib.

Yarışda 15 komanda üç qrupda güclərini sınayıblar. Yekun nəticəyə görə, birinciyə 115, ikinciyə 284, üçüncü yerə 244 saylı məktəbin komandası layiq görülüblər.

Sonda qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 988 dəfə oxundu.