İmişlidə açıq rayon birinciliyi keçirilib
Dekabrın 21-22-də “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş boks üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

İmişlidə təşkil olunan yarışda Sabirabad, Ağcabədi, Bərdə, Tərtər rayonlarının və Şirvan şəhərinin komandalarından ümumilikdə 80 idmançı iştirak edib.

Sonda qaliblər diplom və medallarla təltif olunublar.

Xəbər 833 dəfə oxundu.