Lui van Qal "Tottenhem"i çalışdıra bilər
Hollandiya millisinin baş məşqçisi Lui van Qal "Tottenhem" klubunu çalışdıra bilər.

"NOS" televiziyasına danışan təcrübəli mütəxəssis deyib ki, İngiltərə Premyer Liqasında işləmək istəyir:

"Mənə gələn təkliflər haqda danışa bilmərəm. Hər zaman dediyim kimi futboldan getməzdən əvvəl Premyer Liqada çalışmaq istəyirəm. Oradan gələn təklifləri dəyərləndirərəm".

Qeyd edək ki, "DÇ-2014"dən sonra Hollandiya yığmasından ayrılacaq Qalın mundialdan sonra "Tottenhem"i çalışdıracağı iddia edilir. O zamana qədər isə kluba müvəqqəti olaraq Tim Şervudun baş məşqçilik edəcəyi bildirilir.

Xəbər 908 dəfə oxundu.