Boks üzrə neft ölkələrinin dünya kuboku yarışlarına yekun vurulub
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən boks üzrə neft ölkələrinin dünya kuboku yarışlarına yekun vurulub.

Komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.
Yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək qızıl medal qazanıb. Abdulqadir Abdullayev (91 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb.

Turnirdə 64 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə final qarşılaşmasında üstün olsa da, hakimlər qələbəni rəqibə vermişlər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurmuşdur. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzmuşdur.

Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənmişlər.

Xəbər 1067 dəfə oxundu.