Pəhləvanlarımız Dünya kubokuna hazırlaşırlar

Oktyabrın 22-dən 28-nə qədər zorxana güləşi üzrə yığma komandamız İsmayıllıda təlim-məşqlər keçəcək. Təlim-məşq prosesi zorxana güləşi üzrə III Dünya kubokuna hazırıq məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, III Dünya kuboku noyabrın 16-dan 21-nə qədər Gürcüstanın paytaxtında keçirilləcək. Həmin yarışlarda yığma komandamızın tərkibində 12 pəhləvan 70 kq, 80 kq, 90 kq, 90+ kq çəki dərəcələrində mübarizə aparacaq.

Xəbər 1045 dəfə oxundu.