Ağcabədidə rayon turniri keçirilib
Dekabrın 19-da Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Boks üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

Ağcabədi rayon Hindarx qəsəbəsində 26 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Boks idman növünün inkişaf etdirilməsi olub.

Sonda uşaqlar arasında Pərviz Xuduyev (35 kq), yeniyetmələr arasında Pərviz Quliyev (57 kq), Elton Məmmədov (52 kq), Gənclər arasında İbrahim Quliyev (81 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 851 dəfə oxundu.