Astarada voleybol üzrə ayon çempionatı keçirilib
17-19 dekabr tarixlərində Astara Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş Voleybol üzrə Astara rayon çempionatı keçirilib.

6 komandanın iştirakı ilə keçirilən yarışda birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq “FHN”( Astara Yanğından Mühafizə xidməti),” Stansiya” (Astara şəhəri) və “Kijabə” (Kijabə qəsəbəsi) komandaları layiq görülüblər.

Sonda qaliblər RGİİ-nin və Astara Olimpiya İdman Kompleksinin diplomları, kuboku və hədiyələri ilə mükafatlandırılıblar.

Xəbər 1101 dəfə oxundu.