“Baku Cup Seniors Open 2011” başladı

Oktyabrın 2-də Bakıda İTF-in (İnternational Tennis Federation) təşkilatçılığı ilə 35 yaşdan yuxarı veteran idmançı kişilər arasında “Baku Cup Seniors Open 2011” beynəlxalq tennis turniri başlayıb.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Bakıda yaşayan Koreya Respublikası, Rumıniya və Türkiyə tennisçiləri də iştirak edirlər. Yarışlarda 35-45 yaşlı idmançılar arasında 8, 45-60 yaşlılar arasında isə 24 tennisçi mübarizə aparır. Qoşa tennisçilərin turnirində 12 cütlük yarışacaq.
Bakı Tennis Akademiyasının kortlarında keçirilən beynəlxalq turnir oktyabrın 9-da başa çatacaq.
Qeyd edək ki, veteran tennisçilər arasında keçirilən bu turnir Azərbaycanda ilk dəfə təşkil edilir.

AzərTAc

Xəbər 1306 dəfə oxundu.