"Olimpiakos" qol silahı ilə müqaviləni yenilədi
"Olimpiakos" ən önəmli qol silahlarından olan Konstantinos Mitroğlu ilə müqaviləni yeniləyib.

Avropanın bir çox nəhəng klubunun hədəfində olan yunan hücumçu ilə sözləşmənin müddətini 2017-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən o, illik 1 milyon avro qazanacaq.

Qeyd edək ki, K.Mitroğlu bu mövsüm 17 qol və 3 qol ötürməsinə imza atıb.

Xəbər 811 dəfə oxundu.