“Rubin”in baş məşqçisi qovuldu
Rusiyanın “Rubin” futbol komandasının baş məşqçisi Kurban Berdıyev istefaya göndərilib.

Bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanovun klub rəsmiləri ilə görüşündə qərar qəbul olunub.

O, Berdıyevdən əlavə, klubun baş direktoru Andrey Qromovla vitse-prezident Kamil İshakovu da qovub.

Qeyd edək ki, “Rubin”də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir.

Xəbər 823 dəfə oxundu.