Azərbaycan Diplomatik Akademiyasının tələbələri arasında voleybol turniri keçirilib
“Start” idman kompleksində Azərbaycan Diplomatik Akademiyasının tələbələri arasında qızlar arasında voleybol üzrə turnirin final mərhələsi keçirilib.

Turnirin keçirilməsində məqsəd gənclərin fiziki sağlamlığının inkişaf etdirilməsi və onların idmana olan maraqlarının daha da artırılması, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibətin hərtərəfli formalaşdırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili olub.

Yarışda birinci yeri “Selvatico”, ikinci yeri “Diamonds”, üçüncü yeri isə “Shining Stars” komandaları tutmuşlar. Qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 1014 dəfə oxundu.