Jerar De Delofeu bir müddət oyunlardan kənar qalacaq
Evertonun yarımmüdafiəçisi Jerar De Delofeu 2 aya yaxın oyunlardan kənar qalacaq. Dünən Barselonada keçirilən tibbi müayinə zamanı futbolçunun 6-8 həftəlik müalicə kursu keçəcəyi bildirilib.

Xatırladaq ki, futbolçu Fulhemlə oyun zamanı dizaltı qığırdağını zədələnib. Oyundan sonra baş məşqçi Roberto Martines zədənin ciddi olmadığını söyləmişdi.

Qeyd edək ki, Barselonaya məxsus futbolçu icarə əsasında Evertonda çıxış edir.

Xəbər 838 dəfə oxundu.