Cek Uilşır cəzalandırılıb
"Arsenal" klubunun gənc futbolçusu Cek Uilşır İngiltərə Futbol Federasiyası (İFF) tərəfindən cəzalandırılıb.

Buna futbolçunun Premyer Liqanın son turunda "Mançster Siti" ilə keçirilən görüşdə (3:6) rəqib azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkət olub.

Belə ki, 21 yaşlı futbolçu "Mançester Siti"li azarkeşlərə orta barmağını göstərərək onları təhqir etmişdi. Kameranın gözündən yayınmayan həmin epizodu araşdıran İFF Uilşırı iki oyunluq cəzalandırıb.

Qeyd edək ki, Uilşır cəza səbəbindən Premyer Liqada "Çelsi" və "Vest Hem"lə görüşləri buraxmalı olacaq.

Xəbər 680 dəfə oxundu.