Xerardo Martino haqda sensasiyalı iddia
"Barselona"nın baş məşqçisi Xerardo Martino haqda sensasiyalı iddia ortaya atılıb.

"Mundo Depotivo" qəzeti yazıb ki, argentinalı mütəxəssis mövsümün sonu Kataloniya klubundan ayrıla bilər. Səbəb isə 51 yaşlı çalışdırıcının start heyətdə dəyişikliklər etməsinin İspaniyada tənqid olunmasıdır. Bu tənqidlərdən yorulan X. Martinonun "Barsa"dan gedəcəyi iddia edilir.

Qeyd edək ki, Martino yay transferi pəncərəsində Kataloniya klubu ilə üç illik müqavilə imzalamışdı.

Xəbər 792 dəfə oxundu.