İker Kasilyas "Arsenal"ın hədəfində
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İspaniyalı qolkiper "Arsenal"ın maraq dairəsinə düşüb.

London təmsilçisi artıq Kasilyasın meneceri ilə danışıqlara başlayıb. "Real"ın əsas heyətindən kənarda qalan 32 yaşlı qapıçının da İngiltərədə oynamağa razılıq verdiyi bildirilir.

Qeyd edək ki, Kasilyasla İngiltərənin "Mançester Siti" klubu da yaxından maraqlanır.

Xəbər 836 dəfə oxundu.