"Barselona" İnyesta ilə razılığa gəldi
"Barselona" uzun müddətdir ki, danışıqlar apardığı futbolçusu Andres İnyesta ilə müqaviləni yeniləmək barədə razılığa gəlib.

İspan yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2018-ci ilə qədər uzadılacaq.

Rəsmi imzalanma mərasiminin bu il başa çatmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, A.İnyesta Kataloniya klubunda ən çox oyun keçirən 5-ci futbolçudur.

Xəbər 843 dəfə oxundu.