Yığmamıza daha bir futbolçu dəvət olundu
2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub.

İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu, Almaniyanın "Rot-Weiss Essen" klubunun üzvü Sinan Özkaradır.

Xəbər 751 dəfə oxundu.