"Atletiko"nun Almeyda israrı davam edir
"Atletiko" (Madrid) klubu "Beşiktaş"ın hücumçusu Hüqo Almeydanı transfer etməkdə israrlıdır.

Madrid təmsilçisi portuqaliyalı futbolçunun transferi ilə bağlı yenidən "Beşiktaş"a müraciət edib.

"Atletiko" Almeydanın keçidi üçün 3 milyon avrosundan keçməyə hazırdır. İstanbul təmsilçisi də 29 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırır. Lakin Almeydanın komandası ilə müqavilə yeniləmək istəmədiyi və mövsümün sonunda "Beşiktaş"dan gedəcəyi bildirilir.

Qeyd edək ki, 2011-ci ildən "Beşiktaş"ın formasını geyinən Almeyda keçirdiyi 71 oyunda 34 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 823 dəfə oxundu.