SOCAR Avropa çempionatının gümüş medalını qazandı

Bu gün Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatı başa çatıb. Turnirdə inamla mübarizə aparan Bakının SOCAR klubu sonuncu turda Almaniyanın “Baden Baden” komandasına qalib gələrək, avropa çempionatının gümüş medalını qazanın.

Medalçılar sırasına düşmək baxımından həlledici olan bu turda komandamızın şərəfini bu turda Teymur Rəcəbov, Aleksandr Qrişşuk, Şəhriyar Məmmədyarov, Emil Sutovski, Andrey Volokitin və Rüstəm Qasımcanov qoruyublar.

Şəhriyar Məmmədyarov və Andrey Volokitin məğlub olsalar da, digər şahmatçılarımızın qələbə qazanmaları komandamızın yekunda 4:2 hesabı ilə qalib gəlməsinə kifayət edib.

Beləliklə, bu qələbədən sonra aktivində 6 qələbə, 1 məğlubiyət olan SOCAR Avropa çempionatının gümüş medalını özünə təmin edib.

VII tur

SOCAR - BADEN BADEN - 4:2

Teymur Rəcəbov (2752) - Maykl Adams (2733) - 1:0
Aleksnadr Qrişuk (2757) - Aleksey Şirov (2713) - 1:0
Şəhriyar Məmmədyarov (2746) - Etyen Bakro (2705) - 0:1
Emil Sutovski (2690) - Arkadi Naydiç (2707) - 1:0
Andrey Volokitin (2686) - Heyne Peyer Nilsen (2687) - 0:1
Rüstəm Qasımcanov (2678) - Liviu-Diter Nisipyanu (2638) - 1:0

Çempionatın yekununda ilk beşliyə aşağıdakı komandalar tutublar:
1. “Sankt-Peterburq Şahmat Federasiyası” (Rusiya) – 13 xal (şəxsi göstərici 31,5)
2. SOCAR (Azərbaycan) – 12 (31)
3. “Ekonomist” (Rusiya) – 11 (30)
4. ŞSM-64 (Rusiya) – 11 (29,5)
5. “Baden Baden” (Almaniya) – 11 (29)

Xəbər 1064 dəfə oxundu.