Berti Foqtsla iki illik müqavilə imzalandı
"Berti Foqtsla iki illik müqavilənin imzalanmasına qərar verildi. İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə almaniyalı mütəxəssisin qalmasına səs verdi".- bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov deyib.

Komitə üzvü alman çalışdırıcının qarşısına qoyulan şərtlərdən danışıb: "Onun qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, o, bundan sonra ay ərzində 2 yox, 3 həftə öncə Azərbaycanda olacaq. Üstəlik, Foqts Premyer Liqamızın oyunlarını daha çox izləyəcək. Foqts yığmamızın səviyyəsini daha da qaldırmalıdı. AVRO-2016-nın seçmə mərhələsində yığmamız daha çox xal toplamalı, turnir cədvəlində daha yüksək yerlərdə qərarlaşmalıyıq".

Xəbər 706 dəfə oxundu.