Qaret Beylin tibbi müayinəsinin cavabı məlum oldu
Real Madridin yarımmüdafiəçisi Qaret Beylin tibbi müayinəsinin cavabları artıq məlum olub.

Klubun rəsmi saytının verdiyi məlumata görə, Beyl İspaniya kubokunda Olimpik de Şativaya qarşı oynaya bilməyəcək. Müayinə futbolçuda ciddi heç nə aşkar etməyib. Sadəcə olaraq onun sol ayaq əzələsində soyuqdəymə var.

Bazar günü keçiriləcək Valensiya qarşılaşmasında meydana çıxa biləcəyi real görünür.

Xəbər 663 dəfə oxundu.