Nəriman Abdullayev: «Heybətulla rəqibin taktikasına uymadı»
«Misirli rəqib elə də güclü olmasa da, texnikalı idi. O bundan istifadə edib, tutarlı zərbələr vurmağa çalışırdı». Bu açıqlamanı idman.com.az saytının əməkdaşına boks üzrə milli komandanın böyük məşqçisi Nəriman Abdullayev verib. Onun bildirdiyinə görə, Misir idmançısının fəallığına baxmayaraq, Heybətulla Hacıəliyev görüşü ağıllı keçirdi və təmiz üstünlüklə qalib gəldi:

«Heybətulla ona verilən bütün tapşırıqları yerinə yetirdi, inamlı qələbə qazandı. Sabah rinqə digər bir boksçumuz Elvin İsayev çıxacaq. İnşallah, o da Hacıəliyev kimi, sonda qalib gələr. Dünya çempionatı doğma divarlar arasında keçirilir. Bü üzdən məsuliyyət böyükdür. Çalışacağıq ki, bundan sonra itki vermədər irəliləyək».

Qeyd edək ki, bir az öncə keçirilmiş döyüşdə Heybətulla Hacıəliyev (64 kq) misirli rəqibi Əli İslamı 17:5 hesabı ilə qalib gəlib. Onun 1/16 finadda rəqibi gürcüstanlı Koba Pxakadze olacaq.

Xəbər 1220 dəfə oxundu.