Yelena İsinbayeva ilin idmançısı oldu
Rusiya İdman Jurnalistləri Federasiyası 2013-cü ilin ən yaxşı atletlərini, məşqçilərini və komandasını elan etmişdir. Ölkənin 51 regionunu təmsil edən rusiyalı jurnalistlərin göndərdiyi anketlərin demək olar ki, hər birində adı birinci çəkilən Yelena İsinbayeva sorğunun mütləq qalibi olmuşdur.

Natalya Bolşakova (akademik avarçəkmə, paralimpiya idmanı), Tatyana Volosojar və Maksim Trankov (fiqurlu konkisürmə), Hacımurad Qatsalov (sərbəst güləş), Yuliya Yefimova (üzgüçülük), Aliya Mustafina (idman gimnastikası), Dmitri Muserski (voleybol), Svetlana Romaşina (sinxron üzmə), Svetlana Şkolina (yüngül atletika), Denis Yuskov (konkisürmə idmanı) “Gümüş maral” mükafatı laureatları olmuşlar.

Eyni sayda səs toplamış Mixail Lixaçov (çimərlik futbolu üzrə Rusiya yığması) və Fabio Kapello (futbol üzrə Rusiya yığması) ilin ən yaxşı məşqçiləri hesab edilmişlər.

Rusiyanın kişilərdən ibarət yığma voleybol komandası ilin ən güclü komandası hesab edilmişdir.

Xəbər 1132 dəfə oxundu.